Zəngin tarixi, mədəni və təbii irs dünyanın hər yerindən qonaqları ölkəmizə cəlb edir. Əl dəyməmiş təbiət, mineral su qaynaqları, dünyada yeganə müalicə nefti olan – naftalan, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin: işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik və hətta qastronomik turizmin inkişafı üçün şərait yaradır.
Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u Azərbaycanın ərazisindədir. Ölkəmizin iqlimi yay və qış istirahətinin təşkilinə şərait yaradır. Azərbaycana ekoloji turların təşkili çox geniş yayılmışdır, bunlara təbii qoruqlara gedilməsi, trekkinq və alpinist marşrutları daxildir. Günorta çağı qum çimərlikləri dayvinq üçün çox əlverişlidir, dənizdə çimmək mövsümü mayda başlanır.
Azərbaycanda turizm sahəsi günü-gündən inkişaf edir və tezliklə iqtisadiyyatın ən mühüm sahələrindən birinə çevriləcəkdir.
Turizm sahəsi üçün Prezident Heydər Əliyev tərəfindən təsdiq edilmiş «Azərbaycan Respublikasında 2002–2005-ci illərdə turizmin inkişafı üzrə Dövlət Proqramı», habelə «Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı» böyük əhəmiyyət kəsb etmişdir, onların həyata keçirilməsi zəngin infrastrukturun qurulması və ölkəmizin beynəlxalq turizm bazarına inteqrasiyasının təmələinin qoyulması üçün şərait yaratdı. O dövrdə əldə edilmiş sosial-iqtisadi təcrübə turizm sahəsinin hərtərəfli inkişafı üçün yeni imkanlar yaratdı. Bakının daxili şəhəri olan «İçəri şəhər», Şirvanşahlar Sarayı, Qız qalası və habelə qayaüstü rəsmlər muzeyi «Qobustan» YUNESKO-nun dünya mədəni irsi siyahısına salındı. Digər bənzərsiz tarixi və arxeoloji raritetlər də öz növbəsini gözləyir. Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin Turizm İli elan etməsi və «Eurovision -2012» nüfuzlu mahnı müsabiqəsinin Azərbaycanın paytaxtında keçirilməsi bütün dünyadan turistlərin ölkəmizə axışması üçün şərait yaratdı və ölkənin turizm sənayesinin inkişafına güclü təkan verdi. Məsələn, Turizm İli çərçivəsində turist rayonlarında bir çox yeni mehmanxanalar açıldı, tarixi və mədəni qoruqlar, xüsusi təyinatlı abidələrə gedən yollar təmir edildi, turist yol nişanları qoyuldu, «Şahdağ» turizm mərkəzinin tikintisi işləri sürətləndirildi, Şabran və Lahıc mədəni-tarixi qoruqlarında turist infrastrukturunun yaradılması işləri aparıldı. Bundan başqa, özündə turist zonaları, abidələr və ölkənin digər istiqamətlərini ehtiva edən GoMap naviqasiya sistemi layihəsi həyata keçirildi.
Dövlətin gördüyü tədbirlər nəticəsində ölkədə müasir mehmanxana-servis infrastrukturu yaradıldı, turist sənayesi üçün kadrlar hazırlandı, çoxşaxəli tur agentləri şəbəkəsi formalaşdırıldı (200-dən çox turist firmaları), informasiya-reklam strukturları uğurla işələməyə başladı, Azərbaycan üzrə ən mənzərəli və firavan regionlardan keçən çoxlu turist marşrutları yaradıldı və sınaqdan keçirildi.
Azərbaycan tez öyrənir və təcrübə toplayır. Ölkədə hər il beynəlxalq «Turizm və Səyahətlər» sərgisi AITF keçirilir, ölkə isə 20-dək ən nüfuzlu beynəlxalq turizmm forumlarında: Londonda (WTM), Berlində (ITB), Moskvada (MITT), İstambulda (MTE) və digərlərində iştirak edir.
Turist axını ildən-ilə artır, odur ki, paytaxtda və digər turist zonalarında çoxlu miqdarda yüksək xidmət səviyyəsinə malik mehmanxanalar tikilmişdir. Hal-hazırda onların sayı artıq 550-ni ötmüşdür.
Şəhərin ən məşhur brend şəbəkəli mehmanxanalarından aşağıdakıları göstərmək olar – Four Seasons Hotel Baku, Hyatt Regency, JW Marriott Absheron Baku Hotel, Jumeirah Bilgah Beach Hotel, Bulvar Hotel, Hilton Baku, Kempinski Hotel Badamdar, Intourist, Fairmont və s.
Azərbaycanın regionlarında da mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir. Bunlara misal olaraq, Qafqaz mehmanxanalar şəbəkəsini, Qəbələ şəhərindəki Gabaland attraksionlar parkını, «Tufandağ» qış turizm kompleksini, Qusar rayonundakı möhtəşəm «Şahdağ» turizm mərkəzini, həm idmanla məşğul olmaq, həm də turistləri qəbul etmək üçün müvafiq infrastruktura malik 15-dən çox Olimpiya idman kompleksini və digərlərini göstərmək olar.
Bütün bunlar turizmin Azərbaycanda dövlət siyasətinin üstün vəzifələrindən birinə çevrildiyinə və qarşıda ölkənin iqtisadi inkişafına böyük perspektivlər açdığına dəlalət edir.
Bizim əcdadlarımızın ölkəsi sirli uzaq Çin ilə ziynət əşyalarına ehtiyacı olan zəngin Avropa arasında qızıl qapı rolunu oynayırdı. Ona görə də qədim İpək yolunun üstündəki zəncirin bu əsas «aşırımına» belə diqqət yetirilirdi. Həmin zamanlarda əsas karvan yollarının salınması təkcə qida və suyun olmasından asılı olmurdu. Karvan yolları, bir qayda olaraq, elə ölkələrdən keçirdi ki, orada səyahətçilər və tacirlər kifayət qədər yüksək mədəniyyət görmüş, qonaqpərvər, müharibə və tayfalararası nifaq olmamış və yerli əhali ticarət əlaqələrinə can atmış olsun. Bütün bu keyfiyyətlər də Azərbaycan əhalisinə xas olan xüsusiyyətlərdir. Onun əməksevər, istedadlı sənətkarları isə xarici tacirlərə bir çox faydalı mallar təklif edə bilirdilər. Bunlara misal olaraq zərif ziynət əşyalarını, nəfəs və simli çalğı alətlərini, qiymətli silahları, dəbdəbəli, çox qiymətli xalçaları və əlbəttə yerli rəngarəng ipək parçaları göstərmək olar. Bəs təbii sərvətlər? Tacirlər Avropaya buradan neft, qiymətli daşlar, duz, civə, yun, pambıq, mineral boyalar, farmakoloji dava-dərman və bir çox başqa şeylər aparırdılar. Yerli mis məmulatlar: qab-qacaq, şamdanlar, astronomiya cihazları böyük şöhrət qazanmışdı. Yeri gəlmişkən, təcrübəli ustaların ənənələri əsrlərdən keçib müasir dövrə qədər gəlib çıxmışdır – hal-hazırda Azərbaycanın dağ kəndi olan Lahıcda qədim sülalələrin sirlərindən istifadə etməklə hələ də əntiqə miss əşyalar düzəldilməkdədir. Turistlər “oriental” səpgisində düzəldilmiş bu əşyaları həvəslə alırlar. Turistlərin çoxu əl işi olan xalçaları, naxışla işlənmiş kəmərləri, zərbafta ilə işlənmiş malları, kəlağayıları, taxta memarlıq nümunələrini, Azərbaycan rəssamının milli səpgidə çəkdiyi şəkilləri və i.a. almağı sərfəli alver hesab edirlər. Bütün bu incəsənət əsərləri xaricdə mütəxəssislər və zərif şərq ziynət əşyaları həvəskarları tərəfindən yüksək qiymətləndirilir.
Hal-hazırda respublika TRASEKA proqramı çərçivəsində qədim ticarət əlaqələrini canlandırmaqla Çini Fransa ilə birləşdirmək üçün tarixi transkontinental Böyük İpək Yolu marşrutunu bərpa etmək layihəsində iştirak edir.
Azərbaycan Zaqafqaziya regionunun cənub-şərqində, Asiyanın qərbində yerləşir. Azərbaycan şimaldan – Rusiya ilə, şimal-qərbdən – Gürcüstan ilə, cənubdan – İranla, qərbdən – Ermənistan ilə, uzaq cənub-qərbdən Türkiyə ilə həmsərhəddir. Şərqdə Xəzər dənizi ilə əhatə olunmuşdur. Ərazisinin sahəsi – 86,6 min kv. km-dir. Qitə hissəsindən savayı onun sahəsinə Xəzər dənizində olan bir neçə kiçik adalar da daxildir (Bakı və Abşeron arxipelağı).
Azərbaycanın ərazisində relyefin bütün növlərini: həm dağları, həm ovalıqları, həm düzənlikləri, həm də çökəklikləri görmək olar. Azərbaycanın demək olar, yarısını dağlar tutmuşdur: şimalda Böyük Qafqaz sıra dağları, cənub-qərbdə Kiçik Qafqaz sıra dağları ucalır. Ölkənin ən yüksək nöqtəsi – Baş və ya Suayrıcı sıra dağlarında yerləşən Bazardüzü (4 466 m) zirvəsidir. Ölkənin mərkəzi hissəsində Kür-Araz ovalığı, cənub-şərqində isə – Lənkəran ovalığı yerləşir.
Ölkədə yerin təkində neft, dəmir filizi, əlvan metal ehtiyatları vardır. Azərbaycanın dağları sıx meşələrlə örtülüdür. Azərbaycan torpağının əsil bəzəyi onun dağ gölləridir. Batabat, Migel, Maralgöl, Göygöl kimi göllər özünəməxsus bənzərsiz gözəlliyə malikdir. 1000-ə yaxın mineral qaynaqlar aşkar edilmişdir, onlardan ən məşhurları – Badamlı, İstisu, Sirabdır.
Azərbaycanın fauna və florası da zəngin və müxtəlifdir. Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u respublikada müşahidə olunur.
Ölkənin təbiəti çox zəngindir. Onun ərazisində kaynozoy erasının abidəsi olan nadir meşələr qalmışdır. Onlara daha dünyanın heç bir yerində rast gəlinmir. Ona görə də, qəribə deyil ki, hökumət özünün bir çox təbiətin mühafizəsi ərazilərini yaradır və onları qoruyur. Qızılağac, Zaqatala, Şirvan kimi qoruqlar beynəlxalq əhəmiyyətə malikdir. Hirkan Milli parkı Talış meşələrində və Lənkəran ovalıqlarında relikt bitkilərini qoruyur. Türyançay qoruğunun yaradılmasının əsas məqsədi – Bozdağın arid meşələr landşaftları kompleksinin saxlanılması və bərpasıdır. Böyük Qafqazın cənub yamacındakı təbiət kompleksləri İsmayıllı qoruğunu mühafizə edir, dünyanın ən gözəl göllərindən biri olan Göygöl və onu əhatə edən Kiçik Qafqazın təbii kompleksləri Göygöl qoruğunu mühafizə edir. Ağgöl, Bəsitçay, Qarayaz, Pirquli qoruqları da böyük maraq doğurur. Azərbaycanda ümumən 13 təbii qoruq və 18 müvəqqəti qoruq vardır.
Azərbaycanın heyvanat aləmi də çox müxtəlifdir və təxminən 12 min növ heyvan vardır. Meşələrdə ayı, canavar, maral, bəbir, qaban yaşayır. Quru zonalarda çoxlu miqdarda kərtənkələ, zəhərli ilan və digər sürünənlər, habelə dovşanlar, canavarlar, tülkülər olur. Kür və Araz ovalıqlarında vəhşi qabanlar, cüyürlər, porsuqlar, çaqqallar olur. İri heyvanlardan burada ceyranlar yaşayır. Dağıstan dağ keçisinə də rast gəlmək olur. Xəzər dənizinin dayazlıqlarında müxtəlif quş aləminə– qırqovula, kəkliyə, tetra quşuna rast gəlinir. Quşların çoxu – ördəklər, qazlar, qu quşları, vağlar, qızılqazlar, qutanlar, qarabatdaqlar qışlamaq üçün uçub bura gəlirlər.
Respublikanın şirin sularında və Xəzər dənizində 30 cinsdən olan balıqların tutulmasına icazə verilir. Onların çoxu Kürdə və digər su hövzələrində tutulur. Ən qiymətli balıq növləri – qızılbalıq, nərə balığı, ağbalıq, xəşəm, şamaya və ilanbalığıdır. Bunlardan başqa, çapaq balığı, sazan və digərləri də olur. Respublikanın balıq zavodlarında və müxtəlif növ balıq yetişdirilən təsərrüfatlarda hal-hazırda 20 mln.-a yaxın nərə balığı, 600 min qızılbalıq və 800 mln.-dan çox çapaq balığı, sazan və digər balıq növləri yetişdirilərək dənizə buraxılır.
Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox bitki növləri yayılmışdır, o cümlədən 200 endemik növlər vardır ki, bunların da arasında nadir və kökü kəsilən növlərə rast gəlinir. Azərbaycanın ərazisində genişyarpaqlı meşələr, qarışıq meşələr, tuqay meşələri, həmişəyaşıl bitki əkinləri, subalp seyrək meşələri, alp çəmənlikləri (dağlarda) vardır.
Ölkə hüdudlarında iqlimin 9 növünə, quru və rütubətli subtropik iqlimdən tutmuş dağ tundra (yüksək dağlıq) iqliminə qədər rast gəlinir.Orta illik temperatur ovalıqlarda +15° S-dən dağlarda 0° S –dək dəyişir. İyul ayında orta temperatur ovalıqlarda +26° S-dən (ən çoxu +32-35 °C, lakin bəzən +40 °C-dək çatır) dağlarda +5° S-dək, yanvar ayında orta temperatur müvafiq olaraq +3° C-dən +10° C-dək olur.
Yay quru keçir. Payızda və yazda yağışlar yağır. İllik yağıntı Abşeronda 200 mm-dən Lənkəran ovalığında 1200-1700 mm-dək olur. Əsasən payızda çox vaxt güclü şimal küləkləri əsir.
Azərbaycanın bütün çayları Xəzər dənizinə tökülür. Azərbaycanda 1 250-dək xırda çaylar vardır. Çayların çoxu Qafqazın ən iri çayı olan Kür çayı (uzunluğu 1515 km, sahəsi - 188 min kv.km). hövzəsinə aiddir. Onların bəziləri birbaşa Kürə, digərləri onun ən iri qolu olan Araz çayına – Azərbaycanın ikinci iri çayı (uzunluğu 1072 km), üçüncüləri birbaşa Xəzər dənizinə tökülür. Kür çayının üstündə Mingəçevir SES və Mingəçevir su hövzəsi (605 kv. km) tikilmişdir.
Respublikada 250 göl vardır, onların çoxu kiçik göllərdir, ən böyük göl Hacıqabul (sahəsi 15,5 kv. km) gölüdür. Ondan bir az kiçik göl Böyükşor (10 kv.m.) gölüdür. Murovdağ sıra dağlarının şimal-şərq yamacında bir sıra gözəl mənzərəli göllər vardır, onlardan ən gözəli bütün Qafqazda tayı-bərabəri olmayan Göygöldür.
Azərbaycan müsəlman ölkəsidir. Burada digər etiqadların nümayəndələrinə münasibət necədir?
Azərbaycan müsəlman ölkəsidir, lakin digər dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələrinə qarşı çox tolerantdır. Bakı şəhərində və ölkənin regionlarında pravoslav məbədlər, katolik kilsəsi, prixod, sinaqoqlar fəaliyyət göstərir. 10 iyun 2012-ci ildə Bakı şəhərində Roma Papası II İoann Pavla onun Azərbaycana təşrif buyurmasının 10 illiyi münasibətilə abidə qoyulmuşdur. Bakı şəhəri Vatikan, Moskva, Qüdslə sıxı mədəni və humanitar əlaqələr saxlayır. O, mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində bir sıra təşəbbüslərin müəllifi, habelə iki ildə bir dəfə burada dünyanın bütün regionlarından, o cümlədən beynəlxalq təşkilatlardan olan dini, mədəni və siyasi xadimlərin iştirakı ilə hər iki ildən bir keçirilən Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumun təşkilatçısıdır.
Mənə viza verməkdən imtina edə bilərlərmi və niyə?
Səbəblər müxtəlif ola bilər. Ən əsası odur ki, konsulda Sizin immiqrasiya niyyətində olduğunuz barədə şübhə yaranmasın. Sizin Vətəninizdə möhkəm əlaqələriniz: ailəniz, uşaqlarınız, bankda hesabınız olmalıdır. Habelə əgər Sizdə artıq qondarma «Dağlıq-Qarabağ Respublikasının» vizası varsa, Sizə Azərbaycana viza verməkdən imtina edə bilərlər. Dağlıq Qarabağ –Azərbaycanın ayrılmaz tərkib hissəsidir, o, erməni silahlı birləşmələrinin işğalı altındadır. Odur ki, Azərbaycanda turistlərin müvəqqəti olaraq Ermənistan tərəfindən nəzarət edilən Dağlıq Qarabağa getməsini yaxşı qarşılamırlar.
Bundan başqa, Azərbaycanda vizaların verilməsi elektron sistem vasitəsilə həyata keçirilir. Bu da əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəyə turist kimi gəlişini asanlaşdırır: onlara səfirliyə və konsulluğa gəlmək, növbələrdə dayanmaq lazım gəlmir. Elektron anketlərin formaları və vizaların alınması üçün lazım olan bütün məlumatlar Azərbaycan səfirliklər və konsulluqlarının saytlarında, eləcə də link vasitəsi ilə əldə edə bilərsiniz.
Azərbaycanın mehmanxanalarında və mağazalarında dollar və ya avro alırlarmı?
Şirkətlərin çoxu, o cümlədən restoranlar və barlar, habelə iri mağazalar dollar və avro almırlar. Əgər Sizə taksiyə minmək lazım deyilsə, pulu təyinat məntəqənizdə dəyişməyi məsləhət görərdik, çünki orada ola bilsin ki, məzənnə aeroportda olduğundan yüksək olacaqdır. Lakin fərq çox azdır, odur ki, əgər Siz böyük məbləğdə pulu dəyişməyəcəksinizsə, bunu elə aeroportda da edə bilərsiniz.
Mən azərbaycanca heç bilmirəm, bu, problem yaratmaz ki?
Azərbaycanlılar çox səmimi xalqdır, odur ki, əgər onlar sizin dildə danışmırlarsa, mütləq sizə kömək edə biləcək bir adam taparlar. Otellər, restoranlar və kurortlar kimi turist məntəqələrinin çoxunda ya rus dilində, ya da ingilis dilində danışa bilən adam tapmaq çox asandır. Əgər Sizə kömək küçədə lazım olubsa və Siz ancaq ingilis dilində danışırsınızsa, onda Sizə məsləhət görərdik ki, ilk növbədə, gənclərə müraciət edəsiniz, çünki gənclər həm ingilis, həm də rus dilini öyrənirlər, orta yaşdan yuxarı olanlar isə rus dilini daha yaxşı bilirlər.
Dağlıq Qarabağa getmək olarmı?
Dağlıq Qarabağın və ətraf rayonların Ermənistan tərəfindən işğalı nəticəsində Dağlıq Qarabağa müvəqqəti olaraq getmək olmaz. Qarabağa Ermənistan tərəfindən gedən şəxslər Azərbaycanda avtomatik olaraq «persona non qrata» olurlar və bizim ölkəmizə gəldikləri təqdirdə Azərbaycan Respublikasının tanınmış ərazisinə icazəsiz daxil olmuş şəxslər kimi deportasiya oluna bilərlər.
Azərbaycanda yaşamağın orta dəyəri nə qədərdir?
Xarici turist üçün Azərbaycanda yaşamağın orta dəyəri ekonom-sinif otelində qalmaq, qidalanmaq, bir qədər görməli yerlərə və əyləncə-istirahət yerlərinə getmək də nəzərə alınmaqla sutka ərzində 120 dollar təşkil edir.
Mehmanxanaya verilən ulduzlar (ulduzların miqdarı) nə deməkdir?
Bir ulduz — minimum xidmətləri olan ultra ekonom-sinfinə aid mehmanxana deməkdir (nömrələrin gündəlik yığışdırılması ora daxil edilmir). Bütün nömrələr eyni tiplidir. Belə mehmanxanalarda yaşayış dəyəri adətən 20-50 manat həddində tərəddüd edir.
İki ulduz — kiçik büdcəli mehmanxanadır, burada da minimum xidmətlər göstərilir, lakin nömrələr hər gün yığışdırılır. Bir-iki tipli nömrələrdir. Bu kateqoriyadan olan mehmanxanalarda yaşayış dəyəri 25-55 manat həddində tərəddüd edir.
Üç ulduz — standart xidmət dəsti: nömrələrin hər gün yığışdırılması, hər nömrədə santitar qovşağı, televizor, mini-bar və ya soyuducu olan orta siniflərə aid mehmanxanadır; onun ərazisində müştərilər üçün camaşırxana, hovuz, trenajyor zalı, biznes-mərkəz, mehmanxana tərəfindən təqdim edilən nahar yeməyi üçün yer nəzərdə tutula bilər. Bu kateqoriyadan olan mehmanxanada yaşama dəyəri 50-dən 80 manata kimi təşkil edir.
Dörd ulduz — yuxarıda göstərilən bütün xidmətlər və habelə xüsusi xidmətlər təqdim edilən (məsələn, SPA, massaj, bir neçə barların və restoranların, konfrans-zalların mövcud olması) yüksək sinfə məxsus mehmanxana. Belə mehmanxanalarda qiymətlər adətən orta səviyyədən xeyli yüksək olur. Burada nömrənin dəyəri 80 manatdan 150 manatadək tərəddüd edə bilər.
Beş ulduz — lüks sinfinə məxsus mehmanxana. Böyük miqyasda əlavə xidmətlərin göstərilməsi ilə fərqlənir. Qonağa onun bütün arzuları nəzərə alınmaqla xüsusi diqqət göstərilir. Belə mehmanxanaların nömrələrində yaşamağın, habelə əlavə xidmətlərin dəyəri kifayət qədər yüksəkdir. Bütün məşhur dünya brend mehmanxanaları və kurort otelləri, bir qayda olaraq, bu kateqoriyaya düşməyə cəhd göstərirlər. Sistemlərin müxtəlif olmasına baxmayaraq, «beşulduzlu otel» deyəndə, həmişə ən yüksək xidmət səviyyəsinə malik mehmanxana nəzərdə tutulur. Lüks sinifli oteldə yaşamağın dəyəri adətən 120 manatdan, nömrənin sinfindən asılı olaraq, orta hesabla 200-400 manata qədər ola bilər.
Bəzi mehmanxanalar 6 və hətta 7 ulduza iddia edirlər, lakin hələ ki, bu, mehmanxana praktikasına daxil olmamışdır və daha çox marketinq gedişi sayıla bilər. Qeyd etmək lazımdır ki, bəzən elə hallar olur ki, otellər özləri-özlərinə ulduzlar götürürlər. Buna uymamaq üçün məsləhət görürük ki, oteldə qəbul olunmuş təsnifat standartlarına uyğun gəldiyi barədə rəsmi dövlət sertifikatının olub-olmamasına diqqət yetirəsiniz. Bir qayda olaraq, bunu müəssisənin girişində vurulmuş ulduzların miqdarını və sertifikat verən orqanı – Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin rəsmi komissiyasını göstərən lövhə sübut edir.
Bakıya neçə saata çatmaq olar?
Əlbəttə, bu, Sizin doğma şəhərinizin uzaqlığından asılıdır. Moskvadan Bakıya uçuş müddəti təxminən 2,5 saat, Londondan – 6,15 saat, Romadan – 4,20 saat, Vyanadan – 4,15 saat, Parisdən – 5,10 saat, İstambuldan – 2,50 saat, Frankfurtdan- 5,30 saat, Dubaydan – 3 saat, Pekindən– 6,30 saat təşkil edir. Daha ətraflı məlumat almaq üçün Azərbaycana reyslər təşkil edən aviaşirkətlərin saytlarına müraciət etmək olar.
Azərbaycana birinci dəfədir gəlirik – istirahət vaxtı problemlər meydana çıxarsa, kimə müraciət etmək olar?
Əgər siz xidməti də nəzərdə tutan tur zərfini almışsınızsa, onda sizin səyahətinizi müşayiət edən turoperatora müraciət edə bilərsiniz. Bundan başqa, məsləhət görərdik ki, Sizin Azərbaycandakı səfirliyinizin əlaqə telefonlarını yazasınız. Habelə tövsiyə edirik ki, bütün sənədlərinizin surətini çıxarasınız, sənədləri itirdiyiniz təqdirdə onları bərpa etmək mümkün olsun.
Turizm üzrə sizi maraqlandıran məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya Mərkəzinə (+99412) 147 qısa nömrəyə, habelə Bakı Turizm İnformasiya Mərkəzinə (+99412) 498-12-44 nömrəyə zəng etməklə əldə etmək olar.
Azərbaycanda nə dərəcədə təhlükəlidir?
Azərbaycan Respublikası cinayət səviyyəsi ən aşağı olan ölkələrdən biri olaraq qalmaqdadır. Burada küçə cinayəti, demək olar, yox dərəcəsindədir və səhər saat 3-ə qədər küçələrdə gəzmək adi haldır. Lakin istənilən yeni ölkəyə, yaxud dünyanın böyük şəhərlərindən birinə gələrkən gördüyünüz müəyyən ehtiyat tədbirlərinin burada da görülməsi məsləhətdir.
Beynəlxalq standartlara cavab verən Heydər Əliyev Beynəlxalq Hava Limanı aviaşirkətin əsas hava limanıdır. O, şimal-şərqdə, Bakı şəhərindən 20 kilometr məsafədə yerləşir və şəhərlə iki müasir sürət avtobanı ilə əlaqəsi var. Beynəlxalq hava limanında sərnişinlər üçün bütün zəruri şəraitlər yaradılmışdır, burada gömrüksüz ticarət mağazaları (Duty Free) fəaliyyət göstərir.
2014-cü ildə unikal memarlıq həlli ilə seçilən (yuxarıdan qanadlarını açmış böyük quşu xatırladır) yeni aerovağzal kompleksinin açılışı olmuşdur. Hava limanı ən ağır və müasir təyyarələrin, o cümlədən dünyanın ən iri sərnişin təyyarəsi olan Airbus A380 hava gəmisinin qəbul edilməsinə hesablanmış uçuş-enmə zolağına malikdir.
Hal-hazırda AZAL aviaşirkətinin hava parkı 25 ən yeni Airbus 340, 320, 319, Boeing 757, 767 və Embraer təyyarələrindən ibarətdir. Bakı hava limanından ümumilikdə dünyanın 30-dan çox hava limanına uçuşlar təşkil edilir.
Ölkə: |
Azərbaycan |
Növü: |
mülki |
İCAO kodu: |
UBBB |
İATA kodu: |
GYD |
Hündürlüyü: |
+3 metr |
Koordinatları: |
40°27′46″ N 50.049722° E |
Yerli vaxt: |
UTC +4/+5 |
İş müddəti: |
24 saat |
İstismarçı: |
Azərbaycan Hökuməti |
Azərbaycanın eyni adlı şəhərinin hava limanı olan Gəncə Hava Limanı 2006-cı ildə tikilmiş və həmin ildə Beynəlxalq Hava Limanı statusunu qazanmışdır.
Ölkə: |
Azərbaycan |
Region: |
Gəncə |
Tipi: |
mülki |
İCAO kodu: |
UBBG |
İATA kodu: |
KVD |
Hündürlük: |
+330 metr |
Əlaqələndiriciləri: |
40°44′16″ N 46°19′03″ E 40.737778° N 46.3175° E |
Yerli vaxt: |
UTC +4/+5 |
Lənkəran Hava Limanı Azərbaycanın cənub-şərqində yerləşən Lənkəran şəhərinin beynəlxalq hava limanıdır. Lənkəran Hava Limanının yenidən qurulmasına 2005-ci ildə başlanmış və 2008-ci ildə isə başa çatdırılmışdır, və həmin ildə Lənkəran Hava Limanı beynəlxalq hava limanı statusunu qazanmışdır.
Ölkə: |
Azərbaycan |
Region: |
Lənkəran |
Tipi: |
Müştərək bazalı |
İCAO kodu: |
UBBL |
Hündürlük: |
0 metr |
Əlaqələndiriciləri: |
38°45′15″ N 48°48′34″ E 38.754167° N 48.809444° E |
Yerli vaxt: |
UTC +4/+5 |
Operator: |
Azərbaycan Hökuməti |
Naxçıvan Hava Limanı Naxçıvan Muxtar Respublikasının eyni adlı şəhərinin hava limanıdır. Şəhərin mərkəzindən 4 kilometr məsafədə yerləşir və ölkənin blokadada olan bu regionunun yeganə hava qapılarıdır.
Ölkə: |
Azərbaycan |
Region: |
Naxçıvan Muxtar Respublikası |
Tipi: |
mülki |
İCAO kodu: |
UBBN |
İATA kodu: |
NAJ |
Olduğu yer: |
Naxçıvan şəhərinin mərkəzindən 4 kilometr cənub-şərqdə |
Hündürlük: |
+873 metr |
Əlaqələndiriciləri: |
39°11′19″ N 45°27′30″ E 39.188611° N 45.458333° E |
Yerli vaxt: |
UTC +4/+5 |
Qəbələ Hava Limanı Azərbaycanın şimal-qərbində yerləşən Qəbələ şəhərinin Beynəlxalq Hava Limanıdır. Qəbələ Hava Limanın qurulmasına 2011-ci ildə başlanmışdır və 17 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Qəbələ Aeroportu açılmışdır. Həmin ildə Qəbələ Hava Limanına beynəlxalq status verilmişdir.
Ölkə: |
Azərbaycan |
Növü: |
mülki |
İCAO kodu: |
UBBQ |
İATA kodu: |
GBB |
Hündürlük: |
+338 metr |
Əlaqələndiriciləri: |
40° 48 31.5 N 47° 43 30.7 E |
Yerli vaxt: |
UTC +4/+5 |
İş müddəti: |
24 saat |
Operator: |
Azərbaycan Hökuməti |
Zaqatala hava Limanı Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir. Təyyarə vağzalı kompleksinin və uçuş enmə zolağının (UEZ) yenidən qurulması 2008-ci ildə başa çatmışdır və bundan sonra 2009-cu ildə hava limanına beynəlxalq status verilmişdir.
Ölkə: |
Azərbaycan |
Region: |
Zaqatala |
Tipi: |
mülki |
İCAO kodu: |
UBBY |
İATA kodu: |
ZTU |
Hündürlük: |
+390 metr |
Əlaqələndiriciləri: |
41°33′45″ N 46°40′00″ E 41.5625° N 46.666667° E |
Yerli vaxt: |
UTC +4/+5 |
Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (“qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini (viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin internet informasiya ehtiyatı (www.migration.gov.az), elektron poçt (qeydiyyat@migration.gov.az) vasitəsi ilə və ya şəxsən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün yuxarıda müəyyən olunmuş qaydada müraciət edə bilərlər.
Ərizə daxil olduqdan sonra Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti dərhaləcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:
- viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə;
- viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçündövlət rüsumu ödənilmir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə şəxsən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər.
Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yuxarıda nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır.